İtirir itirir, hərkəs nəsə itirir
Kim bəxtini kim sevgisin itirir
Ayırır ayırır, yollar bizi ayırır
Məndən səni səni səndən məni götürür
x2
Həsrət bu qədər qansız
Dönmək geri imkansız
Bundan da böyük qəm kədər olmaz
Tənha gecələr düşünürəm hərdən
Keçdikcə o səssiz küçələrdən
Ulduzları sönmüş gecələrdən
Çox qorxuram aydın səhər olmaz
Dəyişir dəyişir dəyişi hamı dəyişir
Kim daxili kim zahiri dəyişir
Görüşür görüşür sevgiylə xəyanət
Kim kimdi bilinsin deyə görüşür
Sənsiz də alınırmı
Sevgimizin ağırlığını
Tək qaldıra bilsəm hədər olmaz
Tənha gecələr düşünürəm hərdən
Keçdikcə o səssiz küçələrdən
Ulduzları sönmüş gecələrdən
Çox qorxuram aydın səhər olmaz