Mənə bu dünyada
Biri cavab versin,
Hanı ədalət?
+
Hamı bir gün gedər,
Kimi küskün gedər,
Kimi səfalət.
+
Kimə doğru, kimə yalan, yalan dünya.
Kimə düz yol, kimə dalan olan dünya.
Sevənləri yarı yolda qoyan dünya.
Bizə əmanət.
Kimə doğru, kimə yalan, yalan dünya.
Kimə düz yol, kimə dalan olan dünya.
Bizi, bizdən alıb yola salan dünya.
Bizə əmanət.
Bu dünyada,kimi yandı,kimi qazandı.
Vəfası yox hiylə quran yazan pozandı.
+
Kimə oyun qurub günlərini sayan dünya.
Kimini ucaldib zirvəsindən salan dünya.
Kimə verdiklərin alıb yola salan dünya.
Bizə əmanət.
+
Kimə sirli qalıb, kimə yalan olan dünya.
Kimə ümüd verib yarı yolda qoyan dünya.
Baxıb insanların bəlasından doyan dünya.
Bizə əmanət.
Ah, bizə əmanət.