1 ci bənd
Sən dünyaya gələn gündür, gələn gündür
Evimizdə toy düyündür, toy düyündür
Gülür üzə arzu dilək , arzu dilək
Gülüm ad günün mübarək, mübarək!
Ad Günün, Şad günün
Mübarəkdir mübarək
Ad günün, Şad günün
Mübarəkdir mübarək.
2 ci bənd
Səhər tezdən açılanda pəncərə
Gözümə görsənir gözəl bir mənzərə
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri.
3 ci bənd
Qonaqlar hamısı gəldi
Məclisimiz düzəldi
Qonaqlar hamısı gəldi
Məclisimiz düzəldi
Yuxarı başa tez keçin
Oturub yeyin için...
Yuxarı başa tez keçin
Oturub yeyin için...
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün...
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün.
4 ci bənd
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan,
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan…
Bol bəhrəli Muğan düzü,
Mil düzü, Şirvan düzü
Gəl, gəl deyir şən Azərbaycan…
Tər gülləri şəfalıdır,
Göy göl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan
5 ci bənd
Pəncərənin milləri, buleyli
Açıb qızıl gülləri, buleyli
Oğlanı yoldan eylər, buleyli
Qizin şirin dilləri, buleyli.
A Leyli, Leyli, Leyli, Muleyli
Aləm səndən gileyli, a Leyli
6 ci bənd
Özüm kimi səni sevən olmaz, inan
Gəl, incitmə məni, demə mənə yalan
Özüm kimi səni sevən olmaz, inan
Gəl, incitmə məni, demə mənə yalan
Gözlərin deyir ki, sevirsən
Sən mənim dərdimdən ölürsən
Gözlərin deyir ki, sevirsən
Sən mənim dərdimdən ölürsən