"Ağlasın"
Söz-mus: Seymur Dumani
İfa: İlkin Çərkəzoğlu, 2016
1.
Gahi boyu uzun, gahi bəstəyəm,
Müğənniyəm, sinəmdə şikəstəyəm,
Ürəyim ağrı tapıb indi xəstəyəm,
Dərdimi dərmanda görən ağlasın...
Nəqarət:
Gülü güldanda görən,
Canı cananda görən,
Məni zindanda görən ağlasın...
2.
Diqqət edək: sevilənlər sevənlər,
Aşiq olub, məşuqə can deyənlər,
İndi sevgi yoxdu deyib, gedənlər,
Yarını cananla görən ağlasın...
3.
Sevməyənlər inanmıram ağlasın,
Göz yaşıyla yarasına duz bağlasın,
Yarama dəymə, yarım o yanığı bağlasın,
Yarımı loğmanda görən ağlasın...
4.
Aşiq olub, sevgi gülün dərənlər,
Bu həyatda sevilənlər, sevənlər,
Eşq kitabın oxuyanlar, bilənlər,
Leylini Məcnunla görən ağlasın...