Mirzə Babayev Pencereme Qondu çiçək / Kəpənək / Gel Ey Seher Ожидает модерации

00:00 / 07:43
Loading
Скачать
0
10
Тональность
0.0
+
Темп, %
0.0
+
Свойства файла: 17,6 Мб 320 кбит/с
Загружено: Rauf Pasayev @ 14.07.25
Текст песни «Pencereme Qondu çiçək / Kəpənək / Gel Ey Seher»
  
Pəncərəmə qondu çiçək,
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək,
Coşan külək səndin…

Pəncərəmə qondu çiçək,
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək,
Coşan külək səndin…

Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı,
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları

Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar…

------------------------
Kəpənək 

Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin

Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin

[Nəqərat]
Sorağını gül-çiçəkdən alınca mən
Gördüm, yoxsan
Qaçdım sənin dalınca mən, dalınca mən
Gördüm, yoxsan

Sorağını gül-çiçəkdən alınca mən
Gördüm, yoxsan
Qaçdım sənin dalınca mən, dalınca mən
Gördüm, yoxsan

[Bənd 2]
Nəğmə deyir sizə güllər
Yel əsdikcə narın-narın
Hər çiçəkdən bir rəng alır
Qızıl-qızıl qanadlarınız

Nəğmə deyir sizə güllər
Yel əsdikcə narın-narın
Hər çiçəkdən bir rəng alır
Qızıl-qızıl qanadlarınız

[Nəqərat]
Sorağınızı gül-çiçəkdən alınca mən
Gördüm, yoxsuz
Qaçdım sizin dalınızca mən, dalınızca mən
Gördüm, yoxsuz
Sorağınızı gül-çiçəkdən alınca mən
Gördüm, yoxsuz
Qaçdım sizin dalınızca mən, dalınızca mən
Gördüm, yoxsuz

------------------------
Gel ey səhər 

Bənd 1
O gözlər kimi
Hər tərəf qara
Bu yollar səni
Aparır hara?

[Nəqərat]
Yenə bu səhər
Günəş nur yerə ələr
Bir təzə nağıl başlar
Dünya, ey günəş oyan

Al-əlvan boyan
Yoxsa bu dəniz uçar
Bir zülmət gecə
Dəniz qaçar
Gəl, ey səhər
Gəl, ey səhər

[Bənd 2]
Əs, dəli külək
Bu günü apar
Al ötən ömrü
Yenidən qaytar

[Nəqərat]
Yenə bu səhər
Günəş nur yerə ələr
Bir təzə nağıl başlar
Dünya, ey günəş oyan

Al-əlvan boyan
Yoxsa bu dəniz uçar
Bir zülmət gecə
Dəniz qaçar
Gəl, ey səhər
Gəl, ey səhər
Yenə bu səhər
Günəş nur yerə ələr
Bir təzə nağıl başlar
Dünya, ey günəş oyan

Al-əlvan boyan
Yoxsa bu dəniz uçar
Bir zülmət gecə
Dəniz qaçar
Gəl, ey səhər
Gəl, ey səhər
Текст добавлен: Rauf Pasayev