Saçlarının rəngi payızdır
Gözlərinin rəngi dəniz
Almaya bənzər yanağın var
Ay üzün aydan da təmiz
[Keçid]
Qönçə dodaqlarda gülüşlər
Yenə gözlərimə görünsün
Məni məndən alan öpüşlər
Yenə ətrafıma bürünsün
Günləri saydım sənə çatdım, əzizim
Dərdi-qəmi başımdan atdım, əzizim
Yuxuna gəlmək üçün, üzünü görmək üçün
Tək səni fikirləşib yatdım, əzizim