Ay gözəl,haralısan,yar,haralısan?
Dağların maralısan,yar,haralısan?
Gözlərindən tanıram,sən Bakının maralısan,
Bakının maralısan,yar,səni mən çox sevirəm.
Nəq.:
Su gələr arxa nə var;dolanıb çarxa nə var,
Səni mən çox sevirəm,yar, səni mən çox sevirəm.
Başında ağ şalın var,yanağınra xalın var,
Özü ceyran balası,yar haralısan?
Gözlərindən tanıram,sən Bakının maralısan,
Bakının maralısan,yar,haralısan?
Qaşların əymə,gözəl,əymə,gözəl
Yarama dəymə,gözəl dəymə,gözəl.
Bu qədər naz eyləyib sən özünü öymə,gözəl.
Özünü öymə,gözəl,yar,haralısan?