Könlümün sirdaşısan
Necə unudum səni?
Gözlərimin yaşısan
Necə unudum səni?
- nəq -
Ürəyimdə Qorundun
Saçlarımda dən oldun
Anlımın qırışısan
Necə Unudum Səni?
2 ci bənd
Çəmən yaşıl, göy təmiz
Ömrə vaxtsız vədəsiz
Gətirmisən qışı sən
Necə Unudum Səni?
3 cü bənd
Arzuya, kama çatdıq
Biz bir dünya yaratdıq
Torpağı mən, Daşı sən
Necə Unudum Səni?