Bir xatirə qaldı səndən
Gözümdə yaş saçımda dən
Gecələr zülmətə döndü
Nə günüm gün o gedəndən
Axı getdin nə dəyişdi
Sənə kimlər nə demişdi
Mən ki dönmədim sözümdən
Bilə bilməm bu nə işdi
Mən ki dönmədim sözümdən
Bilə bilməm bu nə işdi
O son rəsimdə qalmış əlimdə
Gələcəksən səni mən istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaqçün
Məni axtarma daha gözləmirəm mən
O son rəsimdə qalmış əlimdə
Gələcəksən səni mən istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaqçün
Məni axtarma daha gözləmirəm mən
Daha bezmiş daha küskün
Daha məyus daha üzgün
Nə gələn var nə gedən var
Nə soran var necə dözdün
Tutaraq özgə əlindən
Qarşıma çıxırsan hərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
O son rəsimdə qalmış əlimdə
Gələcəksən səni mən istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaqçün
Məni axtarma daha gözləmirəm mən
O son rəsimdə qalmış əlimdə
Gələcəksən səni mən istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaqçün
Məni axtarma daha gözləmirəm mən