POLAD BULBULOGLU ,
TOY
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı
1 ci bənd
Məndə yaxşı baxt ola,
Bu gün axşam vaxt ola,
Çiçək taxıb yaxana,
Əllərim xoşbaxt ola...
Qorbanam göz qaşına,
Deyiləm özbaşına.
Mən çox danışıram ki,
Gəlim sənin xoşuna...
- nəq -
Burdan sizin qapıyadək,
Elçilərim düzülər.
Toya kimi sən küsməsən,
Yoydan sonra düzələr...
2 ci bənd
Bu xoş gündə nə kədər ?!
İşarə etsən əgər,
Atılıb ortalığa oynaram sübhə qədər.
Dodağı bal, dili bal istəyirsən olum lal
Məndən bir çiçək istə,
Üstündə ömrümü al...
- nəq -
Burdan sizin qapıyadək,
Elçilərim düzülər.
Toya kimi sən küsməsən,
Yoydan sonra düzələr...
3 cü bənd
Könlüm səni istəyir,
Dilim şirin söz deyir.
Sən bizə köçən günü
Anam, bacım , gözlərir...
Ay ömrümün ilhamı,
Evimdə yandır şamı.
Sən toyu ləngidirsən,
Məni danlayır hamı...
- nəq -
Burdan sizin qapıyadək,
Elçilərim düzülər.
Toya kimi sən küsməsən,
Yoydan sonra düzələr...
Söz: Fikrət Qoca
Mus: Polad Bülbüloğlu