Yenə gəlir yaz ayları,
Bülbül gülə naz eyləyir.
Sevirəm sözün deməyə,
Dodaq dilə naz eyləyir.
Kərəm tək yanan olmuşam,
Ürəyi al qan olmuşam.
Görür yarı can olmuşam,
Bilə - bilə naz eyləyir.
Gümüş kəmər belindədir,
Bənövşəleər əlindədir.
Tül libası əynindədir,
Bədən tülə naz eyləyir.
Həmin o dağlar maralı,
Məndən gəzməyir aralı.
Danışmağa yoxdur halı,
Bilə bilə naz eyləyir.
Aşiq Əhliman çarası,
Gözünün ağı qarası.
Qaşqabağa yox arası,
Gülə gülə naz eyləyir.