Sən gərəkdir şadlanasan güləsən
Mus:ElibabaMemmedov (mahur) Soz:Eliheyder Qenber
Həsrət ilə baxma,gülüm,güləsən,
Yanaq lalə,dodaq incə,üz ağdır.
Sən gərəkdir şadlanasan,güləsən,
Çünki kədər,qüssə səndən uzaqdır.
Nəq:
Fürsət yoxsa danışmağa,göz eylə,
Doğrudan da,düşməz belə göz ələ.
Vurulmadım hər boyalı gözələ,
Yar yanında alnı açıq,üz ağdır.
Qəmzən oxu bağrım başın yaralar,
Xoşdur mənə sən vurduğun yaralar.
Demişlər ki,yar qadasın yar alar,
Deməmişlər gəl sən məndən uzaq dur.