Reyhan reyhan
[Bənd 1]
Ay daş atan bəxtəvər
Atdığın daşdan keçər
O qız səni sevirsə
Yolunda candan keçər
İndi məgər yenəmi
Pəncərədən daş gəlir?
İndi hansı sevgidə
Xumar gözdən yaş gəlir?....2
[Nəqərat]
Gəlin, dostlar, oynayaq
Reyhan-reyhan
Deyək, gülək, şadlanaq
Heyran-heyran...2
[Bənd 2]
Ay daş atan bəxtəvər
Daşın əcəb vaxtıdır
İndi o daş dil açıb
Deyir, vüsal vaxtıdır
İndi məgər yenəmi
Pəncərədən daş gəlir?
İndi hansı sevgidə
Xumar gözdən yaş gəlir?....2
[Nəqərat]
Gəlin, dostlar, oynayaq
Reyhan-reyhan
Deyək, gülək, şadlanaq
Heyran-heyran....2
Gəlin, dostlar, oynayaq
Reyhan-reyhan
Deyək, gülək, şadlanaq
Heyran-heyran.... 4
Deyək, gülək, şadlanaq
Heyran-heyran
Deyək, gülək, şadlanaq
Heyran-heyran