Qərənfili dərəndə,
Dərib yerə sərəndə.
Yara könlümü verrəm,
Mənə könül verəndə.
Nəq
Gəl-gəl,gəl-gəl,
Dilim imanım naz-naz.
Gəl-gəl,gəl-gəl,
Qaşı kamanım naz-naz.
Gecəni dan eyləmə
Zülfünü yan eyləmə, Zülfünü yan eyləmə,
Sən mənimsən mən sənin,
Özgə xəyal eyləmə.
Qaş qara gözlər olmaz,
Yar yarı dərdə salmaz.
Axırda bu gözəllik,
Gedər sənədə qalmaz.
Hay salıram oyanmır,
Dərdə qəmə boyanmır.
Eşq oduna düşmüşük,
Mən yanıram o yanmır.