+4
Əzizim, baxtı yarım
Baxtımın taxtı yarım
Üzündə göz izi var
Sənə kim baxdı yarım?!
Lələnin harayından,
Əl yetməz harayından.
Gündə bir kərpic düşür,
Ömrümün sarayından..
Əzizinəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən...