Gözlərindən uzaq düşdüm,
Vüsalından iraq düşdüm,
Həsrətinə qonaq düşdüm,
Bilsən, necə darıxmışam!..
Nəqərat:
Çağırıram – çatmır əlim,
Uzadıram – yetmir əlim,
Sənin üçün əsir qəlbim,
Bilsən, necə darıxmışam!..
Göz yaşımı silərsən mi?
Bir insafa gələrsən mi?
Özün durub gələrsən mi?
Bilsən, necə darıxmışam!..
Söylə, səndə insaf yox mu?
Bu nə atəş, bu nə oddur!?..
Hələ yenə zülmün çox mu?
Bilsən, necə darıxmışam!..