Ramal İsrafilov Popuri Ожидает модерации

00:00 / 10:34
Loading
Скачать
0
84
Тональность
0.0
+
Темп, %
0.0
+
Свойства файла: 24,1 Мб 320 кбит/с
Загружено: Miribrahim Kamilov @ 19.10.25
Текст песни «Popuri»
  
‎Bakı, əziz şəhər, mehriban diyar,
‎Sinəndə boy atıb oldum bəxtiyar,
‎Səndə ilk eşqimin yadigarı var.
‎Sən mənim söhbətim,
‎Şərəfim, şöhrətim,
‎Tükənməz dövlətim, canımsan bakı,
‎Bakı mənim söhbətim,
‎Şərəfim, şöhrətim,
‎Tükənməz dövlətim, əzizimsən,
‎Gözəl Bakı Gözəl Bakı


‎Baxdıqca doymuram gözəlliyindən.
‎Şirin nəğmə qədər sevimlisən sən.
‎Hər yerdə, hər zaman deyəcəyəm mən.

‎Sən mənim söhbətim, şərəfim, şöhrətim,
‎Tükənməz dövlətim, canımsan bakı.
‎Bakı mənim söhbətim, şərəfim, şöhrətim,
‎Tükənməz dövlətim, əzizimsən.
‎Gözəl Bakı Canım Bakı

‎Xalqımın günləri 
‎Nə gözəl, necə şən keçir.
‎Ən şirin arzular 
‎Ürəyimdən keçir, hey!
‎Çala-çala min zəfər
‎Hər nəfər yurdumuzda,
‎Abad olur el-oba,
‎Kənd, şəhər yurdumuzda,
‎Yurdumda, yurdumda...

‎Nəqarət:
‎Aça-aça güllərimiz,
‎Daşa-daşa sellərimiz,
‎Yaşa, yaşa ellərimiz,
‎Günlərimiz var!

‎2.
‎Gözəldir, a dostlar,
‎Elimin toy-bayramı.
‎Bu azad mahnını
‎Qoy dinləsin hamı, hey!
‎Çala-çala min zəfər
‎Hər nəfər yurdumuzda,
‎Abad olur el-oba,
‎Kənd, şəhər yurdumuzda,
‎Yurdumda, yurdumda...

‎Nəqarət:
‎Aça-aça güllərimiz,
‎Daşa-daşa sellərimiz,
‎Yaşa, yaşa ellərimiz,
‎Günlərimiz var


‎Bağçamın şöhrəti, hey,
‎Səs salıb hər yana.
‎İşimiz, zəhmətimiz 
‎Düşmüşdür dastana.
‎Buyurun, dostlar, 
‎Azərbaycana!

‎Nəqarət: 
‎Gəl, səni gözləyir bu bağlar, gəl,
‎Üzümü dərmişəm, ey tübar, gəl,
‎Yolunu gözlərəm, ey yar, gəl.

‎2.
‎Bağçamın hər yanı, hey, 
‎Bol üzüm. bol üzüm
‎Sevgilim bu üzümdən
‎Süfrənə, dər düzüm.
‎Sənsən, ey yar,
‎Mənim hər sözüm.

‎Nəqarət: 
‎Gəl, səni gözləyir bu bağlar, gəl,
‎Üzümü dərmişəm, ey tübar, gəl,
‎Yolunu gözlərəm, ey yar, gəl


‎Yurdum, yuvam, ay əziz kəndimiz,
‎Azad, abad, ay qəşəng kəndimiz.
‎Gözəl olur səndə yay, qış, bahar…
‎Gözəl olur səndə yay, qış, bahar…

‎Yaşıl meşəli, ömrü nəşəli
‎Sevirəm səni, gözəl kəndimiz…
‎Yaşıl meşəli, ömrü nəşəli
‎Sevirəm səni, gözəl kəndimiz…
‎Kəndimiz…

‎Quşlar-quşlar nə gözəl oxuyur,
‎Bəh – bəh, bəh – bəh nə gözəl oxuyur
‎Yaşıl, əlvan, sarı çiçəklərin…
‎Yaşıl, əlvan, sarı çiçəklərin…

‎Qarlı dağların, barlı bağların,
‎Sevirəm səni, gözəl kəndimiz…
‎Yaşıl meşəli, ömrü nəşəli
‎Sevirəm səni, gözəl kəndimiz…
‎Kəndimiz…


‎Agacda leylək yuva bağlar gedər, 2
‎Qız sevən oğlan hara bağlar gedər.


‎Ağacda alma yanağı qırmızı,2
‎Dər səbətə yığ onu, bağban qızı

‎Ağacda alma yetişib dər, tez ol, 2
‎Dostlar üçün sən onu göndər,  tez ol.

‎Yaşıl bağın gözəlidir ağ alma,
‎Almanı dərdin, daha bağda qalma.



‎Bağımda üzüm qaldı, üzüm qaldı,
‎Dəmədim üzüm qaldı,
‎İki əmiqızının, a Leyli,
‎Birində gözüm qaldı, a Leyli, Hey!

‎Ayağımda məsi var, məsi var
‎Qızıldan düyməsi var, düyməsi var
‎Qoymur gedim yanına, a Leyli
‎Bir zalım nənəsi var, a Leyli, a Leyli, Hey!


‎Mehribanim dur oyna

‎Mehriban aile
Текст добавлен: Miribrahim Kamilov