Gözəl həyat sevən duyan ürəkdi,
Mənim eşqim ən zərif bir çiçəkdi.
Solmaz qarda yağışda,
Keçər qayadan, daşdan,
Solar sərt bir baxışdan.
La la la lay lay lay
Bir xoş sözdən bütün aləm dəyişər,
Acı sözdən saçlarına dən düşər.
Məhəbbətdən doğuldum,
Gözəllikdən yoğruldum,
Yolunda işıq oldum.
La la la lay lay lay
Günəş özü məhəbbətdir alışır,
Kainata sevgisindən danışır.
Məhəbbətdən doğuldum,
Yolunda işıq oldum.
La la la lay lay lay