Çöldə çiçək oldum, çəməndə naxış
Şimşəkdə od oldum, buludda yağış
Sirrli bir göz gördüm, nurlu bir baxış
Çevrildim çeşmeye, qarışdım çaya
Səni sevmək üçün gəldim dünyaya
[Keçid] Mən min il əvvəl də gələ bilərdim
Min ildən sonra da ölə bilərdim
Zamanı başqa cür hesablayardım
Vaxtı başqa cürə bölə bilərdim
[Nəqərat] Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Səsini eşitdim, səsdən səs aldım,
Çağlar gülüşündən güc, həvəs aldım
Sən nəfəsim oldun, mən nəfəs aldım
Muştuluq verdilər Günəşə, Aya
Sən sevmək üçün gəldim dünyaya
Neçə dilsizləri dilə gətirdim,
Qorudum sünbülü, dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədin.
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya
Sən sevmək üçün gəldim dünyaya
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya
Sən sevmək üçün gəldim dünyaya