Nə yaxın qonşu olduq bu dünyada
Ayrı-ayrı doğulduq bu dünyada
Axır gəlib bir olduq bu dünyada
Ey həyat sən nə qəribəsən
Sən ay kimi baxdın mənə
Sən gün kimi baxdın mənə
Gözlərinin qarasıyla
Güldü ömrümün baxtı mənə
Aylar keçir,illər keçir axın olur
Yadlar gəlir doğma olur yaxın olur
Məhəbbətlə ötən ömür nağıl olur
Ey həyat sən nə qəribəsən
Ey həyat sən nə qəribəsən
Bu ilqarı yaşatdıq canımızda
Gənclik eşqi qaynadı qanımızda
Qohum oldu atamız,anamızda
Ey həyat sən nə qəribəsən
Sən ay kimi baxdın mənə
Sən gün kimi baxdın mənə
Gözlərinin qarasıyla
Güldü ömrümün baxtı mənə
Aylar keçir,illər keçir axın olur
Yadlar gəlir doğma olur yaxın olur
Məhəbbətlə ötən ömür nağıl olur
Ey həyat sən nə qəribəsən
Ey həyat sən nə qəribəsən