Şövkət Ələkbərova Eziz dostum минус

00:00 / 05:30
Loading
Скачать
1
3425
Тональность
0.0
+
Темп, %
0.0
+
Свойства файла: 12,5 Мб 320 кбит/с
Загружено: ILQAR @ 30.04.18
Текст песни «Eziz dostum»
  
Tofiq Bayram
1 сентября 2012 г. · 
"Əziz Dostum"
söz:Rəsul Həmzətov
Tərcümə edəni:Tofiq Bayram
mus:Qulu Əsgərov


Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.

Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim, 
Gözümün yaşını silə bilmirəm.

Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.

Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
Текст добавлен: ILQAR