1 ci bənd
Özün kimi vuqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların...
- nəq -
Yurdum, yuvam, məskənimsən Azərbaycanım
Anam doğma vətənimsən Azərbaycanım.
2 ci bənd
El bilirki tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy xəzərdə qatar - qatardır...
Mus: Rauf Haciyev
Söz: Ənvər Əlibəyli